Rusiya Ukraynanın "Su-27" və "MiQ-29" qırıcılarını vurub

15:30 - 7 İyun 2023 - DÜNYA

Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın Su-27 və MiQ-29 qırıcılarını vurub

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumat verib. Konaşenkov bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Donetskin Nikiforovka yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə (AFU) məxsus Su-27 qırıcısını vurub.

Bundan əlavə, Zaporojye vilayətinin Lubitski səmasında düşmənin MiQ-29 təyyarəsi məhv edilib.

Xəbər xətti