Gürcüstan ilin sonuna kimi Aİ-yə namizəd statusu alacaq
Ucnoqta.az xəbər verir ki, bunu gürcü jurnalistlərə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib. Səfir qeyd edib ki, lakin qalan vaxtdan mümkün qədər islahatlara sərf olunmalıdır.
"Gürcüstanın Aİ-yə üzvlük müraciətinə gəlincə, mənim şəxsi fikrim budur ki, Gürcüstan namizəd statusu alacaq, lakin ilin sonuna qalan vaxtdan 12 prioritetlə bağlı maksimum irəliləyiş əldə etmək üçün istifadə olunması son dərəcə vacibdir. Bu, həm də Gürcüstandan xoş xəbərlərin gəlməsi çox vacibdir”, - Gerçinski bildirib.
Diplomatın sözlərinə görə, Avropa Komissiyasının Aİ-nin genişlənməsi ilə bağlı hesabatı oktyabrda dərc olunacaq və ilin sonuna kimi Avropa ölkələrinin liderləri Gürcüstan və təşkilata üzv olmaq istəyən digər ölkələrlə bağlı siyasi qərar qəbul etməli olacaqlar.