Bakıda oğlan özündən 15 yaş böyük qardaşını bıçaqladı

09:45 - 7 İyun 2023 - HADİSƏ

Bakıda oğlan özündən 15 yaş böyük qardaşını bıçaqlayıb.

Qaradağ rayonu, Korgöz qəsəbəsində 1980-ci il təvəllüdlü İbrahim Pirquliyev bacısı Sevinc Pirquliyev və qardaşı 1995-ci il təvəllüdlü Əliabbas Pirquliyevlə mübahisə edərək dalaşıb.

Ə.Pirquliyev mübahisə zamanı qardaşını bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb.///APA

Xəbər xətti