Özbəkistan prezidenti İtaliyaya səfər edəcək

08:29 - 7 İyun 2023 - DÜNYA

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyunun 7-9-da İtaliyada rəsmi səfərdə olacaq

Ucnoqta.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, səfər çərçivəsində o, həmçinin ölkənin aparıcı şirkətlərinin rəhbərləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru ilə görüşlər keçirəcək.

Qeyd edilir ki, Mirziyoyev Milanda İtaliyanın aparıcı şirkət və təşkilatlarının rəhbərləri ilə dəyirmi masa keçirəcək.

Xəbər xətti