ABŞ prezidenti Co Bayden Xerson vilayətindəki Kaxovka su elektrik stansiyasının bəndinin yarılmasına münasibət bildirib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalist Amerika prezidentindən Ukraynada bəndin partlaması ilə bağlı Rusiyaya mesajının nə olduğunu soruşub.
"Biz tək qoymayacağıq. Ukraynaya kömək edəcəyik" - deyə Co Bayden ona cavab verib.