Ərdoğan və yeni kabinet üzvləri Anıtkabiri ziyarət edib

16:07 - 6 İyun 2023 - DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və yeni kabinet üzvləri Anıtkabiri ziyarət edib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezident Ərdoğan Anıtkabirdəki Atatürkün məqbərəsinə əklil qoyub. Daha sonra bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni oxunub. Ərdoğan Anıtkabir Xüsusi Dəftərini imzalayıb.

"Bu gün Nazirlər Kabinetimizin ilk iclasını keçiririk və Türkiyə Yüzyılını qurmaq üçün sürətlə yola düşürük. Nazirlər Kabinetimizlə birlikdə 85 milyon insana sevgi ilə xidmət edəcəyik" - deyib.

Beştəpədə keçiriləcək kabinet iclasında mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və səhiyyə naziri Fahrettin Kocadan başqa, yeni təyin olunmuş vitse-prezident Cevdet Yılmaz və 15 nazir ilk dəfə iştirak edəcək.

Xəbər xətti