Ukrayna əks-hücumu həyata keçirmək üçün kifayət qədər silah alıb.
Ucnoqta.az xəbər verir ki, bunu Reuters agentliyinə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
"Biz bütün silahların tədarükünün aldıq. Əldə edilməli olan əhəmiyyətli heç nə qalmayıb", - o agentliyə bildirib.
Nazir Ukrayna Silahlı Qüvvələrinin artıq hücuma başlayıb-başlamaması ilə bağlı suala cavab verməyib və bildirib ki, əsas onun başlama tarixi deyil, bunun Ukrayna üçün nə dərəcədə uğurlu olacağıdır.