Avropa İttifaqı (Aİ) Şurası publisist Vladimir Kara-Murza haqqında hökmə görə 9 rusiyalıya qarşı sanksiya tətbiq edib
Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun saytında dərc olunmuş məlumatda deyilir. Məlumat görə, onlar insan hüquqlarını pozmaqda ittiham edilir.
Aİ-nin xarici siyasət şöbəsinin rəhbəri Cosef Borrell bildirib ki, sanksiyalarla bağlı bugünkü qərar bir daha Aİ-nin insan hüquqları uğrunda mübarizə apardığına və həqiqəti dediyinə görə mühakimə olunan, həbs olunan və ya qorxudulan bütün şəxslərlə həmrəy olduğunu nümayiş etdirir.
Aİ Rusiya ədliyyə nazirinin müavini Oleq Sviridenko da daxil olmaqla, məhdudiyyətlər qoyub. Siyahıya həmçinin hakimlər və ədliyyə orqanlarının digər nümayəndələri, eləcə də Rusiya penitensiar sisteminin yüksək rütbəli əməkdaşı daxildir.