Aktyor və bədii qiraətçi Kamran Yunis özünü şair və qiraətçi adlandıranların bəzilərini sərt tənqid edib.
Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən aktyor hər yerindən duranın özünə şair və qiraətçi deməsini anlamadığını bildirib. Aktyor universitetdə dərs deyən bir müəllimin ifa etdiyi şeirlə bağlı plagiat iddiasına cavab verib.
“Dünən bir xanım mənə yazıb ki, “ayıb olsun sizə ki, şeirimi oğurlamısız”. Söhbət "Mən də belə adamam" şeirindən gedir. Üç cavab yazdım və sildim, "karvan"lığımdan dolayı.
Maraq da gəldi mənə, səhifəsini tapıb o şeiri dinlədim. İki biri-birinə tam zidd olan misralar, amma və yalnız adlar eynidir. Ürəyimdə pıçıldadım: “Sizi o universitetə müəllim götürənin ənvatına nə deyim..?
Şairlərin küçə-küçə düşüb kitablarını sata bilmədiyi məmləkətdə, təkcə "şair"lər günahkardır, bir də avam və bozbaş beyinli insanlar”, - o bildirib.