Özbəkistan prezidenti Şavkat Mirziyoyev Qətər vətəndaşları üçün müvəqqəti vizasız rejimin tətbiqi haqqında fərman imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Qətər dövlətinin vətəndaşları üçün Özbəkistan ərazisinə daxil olduqları tarixdən etibarən 30 gün müddətinə vizasız rejim müəyyən edilib.
Bazar ertəsi Qətər əmiri Təmim bin Həməd Al Taninin Özbəkistana dövlət səfəri başlayır, səfər zamanı o, respublika rəhbəri Mirziyoyevlə siyasi əlaqələrin inkişafı və investisiya layihələrinin həyata keçirilməsini müzakirə edəcək. Dövlət başçıları beynəlxalq siyasətin və regional gündəliyin aktual məsələlərinə də toxunacaqlar.