Gürcüstan paytaxtının regionun yeni aviasiya mərkəzinə çevrilməsinə imkan vermək üçün Tbilisinin kənarında yeni beynəlxalq hava limanı tikiləcək.
Ucnoqta.az xəbər verir ki, bunu baş nazir İrakli Qaribaşvili hökumətin iclasında deyib.
Qaribaşvilinin sözlərinə görə, mövcud hava limanından təxminən 17 km şərqdə yerləşən Vazianidə “qovşaq ola biləcək” yeni beynəlxalq səviyyəli hava limanı tikiləcək. Baş nazir vurğulayıb ki, yeni hava limanı tranzit-logistik və müasir olmalıdır. Orada yük terminallarının mümkün tikintisi də müzakirə edilir.