İyunun 12-də Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri görüşəcək

15:53 - 5 İyun 2023 - DÜNYA

İyunun 12-də Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar başlayacaq

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan KİV-in sorğusuna cavab olaraq bildirib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında xarici işlər nazirləri səviyyəsində münasibətlərin normallaşdırılması prosesi çərçivəsində danışıqların növbəti mərhələsinin iyunda ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılır.

"Danışıqlar iyunun 12-də başlayacaq, digər təfərrüatlar əlavə olaraq Xarici İşlər Nazirliyi tərəfindən veriləcək" - Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin FB-dəki səhifəsində bildirilib.

Xəbər xətti