Avropa Komissiyası Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı qərar qəbul edib

14:51 - 5 İyun 2023 - DÜNYA

Avropa Komissiyası Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı qərar qəbul edib

Ucnoqta.az xəbər verir ki, bu barədə Polşanın Kənd Təsərrüfatı Naziri Robert Telus Tvitter səhifəsində bildirib. Nazir qeyd edib ki, Polşa artıq Avropa Komissiyasından yeni tənzimləmə layihəsi alıb. 

Avropa Komissiyası Ukrayna taxılının idxalına qoyulan qadağanın sentyabrın 15-dək uzadılması ilə bağlı qətnamə layihəsi hazırlayıb.

"Biz Avropa Komissiyasından dörd məhsulun Aİ-nin beş ölkəsinə idxalını qadağan edən yeni tənzimləmə layihəsini almışıq. Layihədə qeyd olunan qüvvədə olma müddəti bu il sentyabrın 15-dir. Bu, bir layihədir, amma ümid edirəm ki, sabah qüvvəyə minir”, - Telus yazıb.

Xəbər xətti