Ukrayna yay əks-hücumları zamanı F-16 qırıcılarından istifadə etməyəcək
Ucnoqta.az xəbər verir ki, bunu Yaponiyanın NHK nəşrinə müsahibəsində müdafiə naziri Aleksey Reznikov deyib.
Onun sözlərinə görə, Ukrayna "F-16"ları payız və ya qışda yerləşdirməyə hazır olacaq. Pilot hazırlığı vaxt aparacaq.
Həmçinin, Kiyev bu təyyarələrə texniki qulluq və təmir üçün mühəndis və texniki heyətlə təminat üzrə tərəfdaşlarla hələ də danışıqlar aparacaq.