Qırğızıstanda dövlət çevrilişi hazırlayan şəxslər saxlanılıb

10:13 - 5 İyun 2023 - DÜNYA

Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin əməkdaşları “mümkün çevrilişin iştirakçıları”nın kütləvi saxlanmasını həyata keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “24.kg” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bir qrup şəxs hakimiyyəti zorla ələ keçirməyə hazırlaşırmış. Xüsusi xidmətin konkret kimin saxladığı barədə məlumat verilmir. Rəsmi olaraq hüquq-mühafizə orqanları hələlik bu məlumatı şərh etməyiblər.

Xəbər xətti