Ukrayna Silahlı Qüvvələri geniş əks-hücum əməliyyatına başlayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, iyunun 4-ü bazar günü səhər saatlarında Ukrayna Silahlı Qüvvələri cəbhənin “Cənub-Donetsk istiqamətində” 5 sektorunda eyni vaxtda 8 batalyonu cəlb etməklə genişmiqyaslı hücuma keçib.
Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkovun sözlərinə görə, Ukrayna komandanlığı iki briqadadan - altı mexanikləşdirilmiş və iki tank batalyonundan istifadə edərək döyüşə strateji ehtiyatlar qoyub.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi yüzlərlə ukraynalının öldürüldüyünü və onlarla tankın, piyadaların döyüş maşınlarının və zirehli texnikanın məhv edildiyini açıqlayıb. Eyni zamanda iddia edilir ki, RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov həmin an cəbhənin bu istiqamətində olub.
Qeyd edək ki, Ukrayna Baş Qərargahı Ukrayna qüvvələrinin cəbhənin bu sektoruna hücumu barədə məlumat verməyib.