Avropa Kosmik Agentliyi ilk dəfə Marsın çəkilişlərinin canlı yayımını həyata keçirib.
Ucnoqta.az xəbər verir ki, real vaxt rejimində fotoşəkillər Mars Express zondu tərəfindən çəkilib.
Ümumi yayım vaxtı təxminən bir saat olub. Eyni zamanda, Marsın fotoşəkilləri təxminən hər 50 saniyədə dəyişir. Planetin görüntüləri 17 dəqiqəlik gecikmə ilə ortaya çıxıb. Bu, siqnalın zonddan Yerə qədər olan məsafəni qət etməsi üçün tələb olunan vaxtdır.
Avropa zondu Mars Express 2003-cü ilin iyununda Baykonur kosmodromundan buraxılıb və 3 dekabr 2003-cü ildə Marsa çatıb.