ABŞ Ukraynanın əks-hücumu üçün hər bir köməyi edib - Ağ Ev

22:25 - 2 İyun 2023 - DÜNYA

ABŞ və müttəfiqləri Ukraynanı əks-hücum üçün hazırlamaq üçün mümkün olan hər şeyi ediblər.

“Amerikanın Səsi” xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. "Biz Ukraynanın əks-hücum üçün ehtiyaclarını qarşıladıq. Onların nə vaxt başlayacağı onların öz ixtiyarındadır. Amma biz buna hazırlaşmaq üçün əlimizdən gələni etdiyimizə əminik", - Kirbi deyib.

O qeyd edib ki, söhbət təkcə hava hücumundan müdafiə sistemləri, zirehli texnika və artilleriyadan deyil, həm də sursat və hərbi hazırlıqdan gedir.

"Son bir neçə ay ərzində biz onların alış-veriş siyahısını doldurduğumuza və ehtiyac duyduqlarına sahib olduqlarına əmin olmaq üçün əla iş görmüşük" - Kirbi qeyd edib.

Xəbər xətti