Aİ Mərkəzi Asiyaya qarşı sanksiyalar tətbiq etməyəcək

18:13 - 2 İyun 2023 - DÜNYA

Avropa İttifaqı (Aİ) Mərkəzi Asiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil

Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ Şurasının rəhbəri Şarl Mişel deyib. Şarl Mişel bildirib ki, Rusiya Federasiyasına qarşı sanksiyalardan yayınmaq üçün Mərkəzi Asiyaya qarşı məhdudiyyətlər tətbiq etmək niyyətində deyil: 

"Rusiya döyüş maşınına dəstək verənlərə qarşı artıq bir çox tədbirlər gördük, 10 sanksiya paketi. İndi biz yayınma riskini azaltmaq üçün 11-ci sanksiya paketini müzakirə edirik. Amma açıq şəkildə bildirmək istəyirəm ki, biz heç bir ekstraterritorial tədbir tətbiq etmirik, biz bütün dünyada tərəfdaşlarımızla yalnız dialoq yolu ilə işləmək istəyirik”, - Mişel bildirib.

Xəbər xətti