Rusiya ordusu Ukraynada son sutkada daha 540 hərbçisini itirib
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bununla da Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 208910-a çatıb.
Həmçinin, ötən gün Rusiya silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində 15 tankı, 12 zirehli texnikası, 27 artilleriya sistemi, 2 hava hücumundan müdafiə sistemi, 6 PUA, 10 qanadlı raket, 28 texnika, 7 xüsusi texnika itirib.