ABŞ Livan parlamentinin sədrini sanksiyalarla hədələyib
Ucnoqta.az xəbər verir ki, bu barədə “Nida əl-Vatan” qəzeti məlumat yayıb. Məlumata görə, bu ay respublika başçısı seçilməsə, 19 məmura ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiya tətbiq olunacaq. Bildirilir ki, Livan parlamentinin spikeri Nəbih Berri respublikanın yeni prezidentinin seçilməsinə mane olduqları üçün ABŞ-ın sanksiyaları ilə təhdid edilən 19 livanlı siyasətçinin siyahısına başçılıq edir.
Yanvarın 19-da Livan parlamentinin deputatları on birinci dəfə keçirilən səsvermə zamanı siyasi fikir ayrılıqlarına görə respublika prezidentini seçə bilməyiblər. General Mişel Aun altı illik səlahiyyət müddətinin sonunda Baabda prezident sarayını tərk etdikdən sonra ən yüksək hökumət postu ötən il oktyabrın 31-dən boş qalıb.