Cənubi Koreya Şimali Koreya haker qrupuna qarşı sanksiyalar tətbiq edib

06:18 - 2 İyun 2023 - DÜNYA

Cənubi Koreya Şimali Koreya haker qrupuna qarşı sanksiyalar tətbiq edib

Ucnoqta.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Cənubi Koreya hökuməti Şimali Koreya hərbi kəşfiyyatı ilə əlaqəli olan və qabaqcıl texnologiyalar, o cümlədən peyklərin inkişafı ilə bağlı məlumatlar toplayan Kimsuky haker qrupuna qarşı sanksiyalar tətbiq edib.

Bildirilir ki, Şimali Koreyalı hakerlər, o cümlədən bu qrup bütün dünyada fəaliyyət göstərir, silahların, peyklərin və kosmosun inkişafı ilə bağlı texnologiya əldə etməyə çalışır.

Qeyd edilir ki, hazırkı tədbir çərşənbə günü Şimali Koreyanın ilk hərbi kəşfiyyat peykinin buraxılması üzrə uğursuz cəhdə cavabdır.

Xəbər xətti