NATO özünü münaqişənin bir hissəsi hesab etmir - Stoltenberq

16:59 - 1 İyun 2023 - DÜNYA

NATO Ukraynaya getdikcə daha təkmil silahlar çatdırsa da, hələ də özünü münaqişə tərəfi hesab etmir.

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə axşamı NATO-nun baş katibi Yens Stoltenberq təşkilata üzv ölkələrin xarici işlər orqanları rəhbərlərinin Osloda keçirilən qeyri-rəsmi görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

"Silah tədarükü müharibə getdikcə inkişaf edir. Biz əvvəlcə yüngül tank əleyhinə silahlar, sonra artilleriya, hava hücumundan müdafiə vasitələri, tanklar, qanadlı raketlər verdik. Bunu ona görə edirik ki, ukraynalılar onlardan daha çox torpaq azad etmək üçün istifadə edə bilər. Amma bizim siqnalımız dəyişməz olaraq qalır: NATO münaqişənin tərəfi deyil”, - Stoltenberq bildirib.

Xəbər xətti