Nazirliksel təhlükəsi ilə bağlı əhaliyə müraciət edib

14:56 - 1 İyun 2023 - ÖLKƏ İÇİ

Hidrometeoroloqlar tərəfindən verilən hava proqnozlarına, xəbərdarlıqlara, çaylardakı sel-daşqın təhlükəsi ilə bağlı əhaliyə edilən müraciətlərə baxmayaraq təəssüf ki, bəzən vətəndaşlarımız tərəfindən hava haqqında verilən xəbərdarlıqlara məhəl qoyulmur, güclü külək və sel-daşqın təhlükəsinin fərqinə varılmır.

Ucnoqtah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Hava şəraiti ilə bağlı əhaliyə ehtiyatlı davranmaları üçün zəruri məqamları diqqətə çatdırılıb:

“Vətəndaşlardan artıq dərəcədə xahiş edirik ki, hazırkı gursululuq dövrünü nəzərə alaraq hava durumu ilə bağlı məlumatlara diqqətlə yanaşsınlar, sel-daşqın hadisələrinin olması ehtimalı barədə hidrometeoroloqlar tərəfindən verilən xəbərdarlıqlara ciddi əməl etsinlər. Dağlıq və dağətəyi ərazilərdə sel və daşqın olması ehtimalını nəzərə alaraq vətəndaşlarımızın çayların keçdiyi ərazilərə yaxın yerlərdə sululuğun artdığı müddətdə orada olması tövsiyə edilmir. Çünki çayların məcrasına yaxın ərazilər daim təhlükəli yerlərdir.

Çayların məcrasına yaxın, yaxud onun kənarlarında müvəqqəti və ya daimi yerləşməsinlər, piknik üçün bu əraziləri seçməsinlər, mal-qaranın çay məcrası istiqamətinə yönəldilməsinə yol verməsinlər. Təəssüf ki, insanlar sel hadisəsinin yaradacağı fəsadların fərqinə varmırlar, təhlükənin ciddiliyini nəzərə almırlar, sel prosesini yaxından izləyirlər, ərazini tərk etmək əvəzinə hətta selfi çəkirlər. Düşünmürlər ki, bu, çox təhlükəlidir. Axın hər an istiqamətini dəyişə bilər.

Bir daha bildirirəm, xəbərdarlıqlar ciddiyə alınmalı, sel-daşqın hadisəsi başlayan kimi dərhal ərazi tərk edilməlidir. Küləkli havada uşaqlar nəzarətsiz buraxılmamalı, nəqliyyat vasitələri iri gövdəli ağacların altında saxlanılmamalıdır. Çünki güclü külək nəticəsində, hətta sağlam, irigövdəli ağacların belə aşma, budaqlarının sınma təhlükəsi var”.

Xəbər xətti