Tanınmış müğənni fəhlə işlədiyi vaxtlarını paylaşdı - FOTO

18:35 - 31 May 2023 - MAQAZİN

Müğənni Pərvin Səfərov illər əvvəl fəhlə işlədiyi zaman çəkilmiş fotosunu paylaşıb.

Köhnə fotosunu izləyiciləri ilə bölüşən ifaçı "yol şirkətində çalışdığım vaxtlar 05.05.2016 " qeydini yazıb.

Onun bu fotosu izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Neftçala rayonu Qaçaqkənd sakini, gənc müğənni Pərvin Səfərov internetdə yayılan ifaları ilə gündəmə gəlib. O, daha sonra TV8 kanalında yayımlanan “O səs Türkiyə” müsabiqəsinə dəvət alıb. Müsabiqədən sonra Azərbaycan Milli Konservatoriyasında musiqi təhsili alan P.Səfərov klip çəkdirib, məşhur müğənnilərlə duet ortağı olub.///olke.az


Xəbər xətti