"Uşaqlar arasında psixoloji problemlər həm anadangəlmə, həm də sonradan qazanılmış ola bilir".
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova deyib.
O bildirib ki, uşaqlar arasında da depressiyadan əziyyət çəkənlər var: "Bəzi hallarda insanlar depressiyaya yalnız yetkin insanlarda rast gəlindiyini düşünür. Amma bu, belə deyil. Bu psixi pozuntuya uşaqlar arasında da rast gəlinir. Eyni zamanda, depressiya uşaqlarda böyüklərdən daha tez və sürətli yaranır. Buna görə də valideynlər diqqətli olmalıdır".