Stokholm Türkiyədə keçirilən prezident seçkilərindən sonra NATO-ya üzv olmaq məsələsində Ankara ilə əlaqə saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı krallığın baş naziri Ulf Kristersson Lulea şəhərində ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında bildirib.
"Bizim Türkiyəli tərəfdaşlarla bir sıra təmaslarımız olub, o cümlədən ötən bazar günü respublikadakı prezident seçkilərindən sonra. Biz, əlbəttə ki, bu xüsusi məsələ ilə bağlı İsveçin NATO-ya daxil olması Türkiyə tərəfi ilə daimi təmasdayıq", - baş nazir bildirib.
O, həmçinin əlavə edib ki, Stokholm Ankaranın bu məsələ ilə bağlı qərarlarına hörmətlə yanaşır.