Ukrayna artıq müttəfiqlərdən 60-a yaxın "Leopard 2" tankı alıb.
Ucnoqta.az xəbər verir ki, bunu Müdafiə naziri Aleksi Reznikov "Funke"yə müsahibəsində bildirib.
“İndiyədək hər biri 30 tankdan ibarət təxminən iki batalyon, yəni ümumilikdə 60-a yaxın tank almışıq”, - o deyib.
Nazirin sözlərinə görə, “tank koalisiyasına” Almaniya, Polşa, Hollandiya, İsveç, Portuqaliya, İspaniya və Kanada daxildir.