Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov şirkətdən ayrılıb.
Ucnoqta.az xəbər verir ki, o bu barədə “RİA Novosti”yə danışıb.
İş adamı fikrini öz layihələrinə yönəltmək niyyətindədir: “Biz atamla məsləhətləşdik və birlikdə qərar qəbul etdik ki, mənim səlahiyyətlərim kompaniyanın aparıcı top-menecerləri arasında bölünəcək”.
O bildirib ki, 22 il şirkətdə çalışıb, lakin indi bir çox başqa layihələri var.
Qeyd edək ki, E. Ağalarov 2001-ci ildən “Crocus Group”da çalışıb, 2014-cü ildən birinci vitse-prezident vəzifəsini tuturdu.///qafqazinfo