Daha 430 rusiyalı hərbiçi Ukraynada həlak olub
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bununla da Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 207030-a çatıb.
Bundan əlavə, ötən gün Rusiya silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində 4 tank, 11 zirehli texnika, 10 artilleriya sistemi, 1 MLRS, 2 hava hücumundan müdafiə sistemi, 61 PUA, 15 maşın, 2 xüsusi texnika. itirib.