Filippin, ABŞ və Yaponiya sahil mühafizəçiləri iyunun 1-dən 7-dək ilk dəfə birgə təlimlər keçirəcək, onlar Filippin sularında baş tutacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Filippin Sahil Mühafizəsi "Facebook"da dərc edilən bəyanatda bildirib.
Məlumata görə, tədbirlər məlumat mübadiləsi, hüquq-mühafizə və axtarış-xilasetmə missiyaları üçün ssenari hazırlayacaq. Həmçinin Filippin, ABŞ və Yaponiya arasında müvafiq sahədə əməkdaşlığın yaxşılaşdırılmasına yönəlib”.