Tramp Ərdoğanı seçki qələbəsi münasibətilə təbrik edib

00:17 - 29 May 2023 - DÜNYA

ABŞ-ın keçmiş lideri Donald Tramp Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanı yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.

Ucnoqta.az xəbər verir ki, Tramp Truth sosial şəbəkəsindəki səhifəsində keçmiş həmkarına müraciət dərc edib.

Tramp Ərdoğanın qələbəsini layiqli adlandırıb. O, həmçinin əlavə edib ki, Ərdoğanı ölkəsini və böyük Türkiyə xalqını sevən dost hesab edir.

Xəbər xətti