YSK sədri Ərdoğanın prezident seçildiyini elan etdi

23:47 - 28 May 2023 - DÜNYA

“Səs qutusunun açılma nisbətinin yüzdə 99,43, cənab Rəcəb Tayyib Ərdoğanın yüzdə 52,14, Kamal Kılıçdaroğlunun isə yüzdə 47,86 səs aldığı müşahidə edilib”.

Ucnoqta.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener açıqlamasında deyib.

“Türkiyə Cümhuriyyətinin Prezidenti olaraq, ilkin məlumatlar nəticəsində cənab Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi görünür” -YSK sədri qeyd edib.

Xəbər xətti