Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ikinci tur seçkilərinin 98 faizindən çoxunun açıqlanmasından sonra xalqa müraciət edir.
Ucnoqta.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Kısıklıdakı iqamətgahı qarşısında gözləyən insanlara müraciət edib. O, Türkiyədə seçkilərin nəticələrini də demokratiya bayramı adlandırıb.
"Hər kəsi təbrik edirəm. Növbəti 5 ildə ölkəni idarə etməyimizə səs verdiyi üçün millətimə təşəkkür edirəm" - Ərdoğan deyib.
Qeyd edək ki, seçki qutularının 98,52 faizi açılıb. Rəzəb Tayyib Ərdoğan 52,11 faiz, Kemal Kılıcdaroğlu isə 47,89 faiz səs toplayıb.