Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanıb.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, seçki qutularının 98.06%-i açılıb. “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 52.08%, “Millət İttifaqı”nın namizədi Kemal Kılıçdaroğlu isə 47.92% səs qazanıb.