Çin ordusunun adaya doğru hərəkət edən 10 gəmisinin də müəyyən edildiyi bildirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə agentliyin saytında dərc olunmuş məlumatda deyilir. Son sutka ərzində Tayvan Müdafiə Nazirliyi Çin Xalq Azadlıq Ordusunun 33 təyyarəsi və 10 gəmisinin son sutka ərzində adaya yaxınlaşdığını qeydə alıb.
Məlumata görə, 12 təyyarə Tayvan boğazının median xəttini keçib və ya adanın hava hücumundan müdafiə identifikasiya zonasınadaxil olub. Onların arasında dörd SU-30 və J-10 qırıcısı, bir Y-8 sualtı əleyhinə təyyarə, bir WZ-7 pilotsuz uçan aparatı, bir J-16 qırıcısı və bir sualtı qayıq əleyhinə Z-9 helikopteri var.