Belçika iki il əvvəl saxlanılan iranlı diplomatı azad edib

15:55 - 26 May 2023 - DÜNYA

İki ildən artıqdır ki, Belçikada saxlanılan iranlı diplomat sərbəst buraxılıb və İslam Respublikasına qayıdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.

“İki ildən artıqdır ki, beynəlxalq hüquq normalarına zidd olaraq Almaniya və Belçikada qanunsuz həbs edilən ölkəmizin günahsız diplomatı Əsədullah Əsədi indi vətəninə qayıdır və tezliklə İrana gələcək”, - nazir "Twitter"də yazıb.

Bununla bağlı İranın xarici işlər naziri iranlı diplomatın azad edilməsində vasitəçilik etdiklərinə görə Oman hakimiyyətinə minnətdarlığını bildirib. 

Xəbər xətti