Gürcüstan prezidenti hökuməti Rusiya ilə yaxınlaşmaqda ittiham edib

13:48 - 26 May 2023 - DÜNYA

Gürcüstan prezidenti Salome Zurabişvili respublika hökumətini Qərb tərəfdaşları ilə mübahisə etməkdə və Rusiya ilə yaxınlaşmaqda ittiham edib.

Ucnoqta.az xəbər verir ki, o, Tbilisidəki Azadlıq meydanında Gürcüstanın Müstəqillik Günü münasibətilə çıxış edərkən deyib.

"Konstitusiyamızda Avropa yazılsa da, xarici siyasətimiz anlaşılmaz olub. Gündəlik bəyanatlar, hərəkətlər bizi Avropadan uzaqlaşdırır, təcrid vəziyyətinə salır. Sual yaranır: "Avropa - sivilizasiya seçimimiz” sözləri hara getdi? Dostlarımızı, tərəfdaşlarımızı, 30 ildir bizə kömək əlini uzadıb, dövlət quruculuğunda, formalaşmasında köməklik göstərən ölkələri danlayır, danlayırıq. Lakin biz ərazilərimizi işğal edənləri ürəkdən alqışlayırıq və qoruyuruq”, - Zurabişvili bildirib.

Zurabişvili Rusiya Federasiyası ilə hava əlaqəsinin bərpası məsələsinə də toxunub və qeyd edib ki, rəsmi qurumlar respublikanın uçuşlardan əldə edə biləcəyi ilkin gəliri hesablamaları onun üçün təhqirdir. "Mənim üçün bu gün "uçuş hədiyyəsi"nin bizə neçə milyonlar qazandıracağını düşünəndə bu anlaşılmaz və təhqiramizdir. Bizim ləyaqətimiz 200, yoxsa 300 milyona satılır?" - prezident vurğulayıb.

Xəbər xətti