Göyərtəsində 194 sərnişin olan təyyarənin qapısı havada açılıb

13:28 - 26 May 2023 - DÜNYA

"Asiana Airlines"a məxsus təyyarə enişdən bir müddət əvvəl fövqəladə hadisə baş verib

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb. Göyərtəsində 194 nəfərin olduğu Cənubi Koreyanın "Asiana Airlines" aviadaşıyıcısının təyyarəsinin eniş etməzdən əvvəl qapısı açılıb.

Agentliyin məlumatına görə, baş verən insident nəticəsində xəsarət alan olmayıb.

Polis təyyarə eniş etməzdən əvvəl qapını sındırmaq cəhdində şübhəli bilinən 30 yaşlı kişini saxlayıb. 

Qapı açıldıqdan sonra doqquz sərnişin nəfəs almaqda çətinlik çəkib.

Xəbər xətti