Sudanda ordu ilə xüsusi təyinatlılar arasında toqquşmalar yenidən başlayıb

13:15 - 26 May 2023 - DÜNYA

Sudanda ordu və xüsusi təyinatlıların dəstələri arasında silahlı toqquşmalar Darfur bölgəsində yenidən başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “AlHadath” telekanalı məlumat yayıb.

Məlumata görə, rayonun bəzi ərazilərində əsasən yüngül atıcı silahların tətbiqi ilə toqquşmalar baş verir. Son vaxtlara qədər xüsusi təyinatlıların əsas qüvvələri Darfurda cəmləşmişdi, döyüşlər başlayandan onların əhəmiyyətli bir hissəsi ölkənin paytaxtı Xartuma köçürülmüşdü. Darfurda hər iki tərəf bir-birini gərginliyi qızışdırmaqda və yerli qəbilələrin özünümüdafiə hissələrini münaqişəyə cəlb etməkdə və regionda ayrı-ayrı klanlar arasında silahlı toqquşmaları qızışdırmaqda ittiham edir.

Xəbər xətti