Ukrayna əks-hücuma başlayıb

11:29 - 25 May 2023 - DÜNYA

Bütün cəbhə xətti boyunca intensiv əməliyyatlar aparılır.

Ucnoqta.az xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun başladığını bildirib. Artıq bir neçə gündür ki, hücum davam edir.

“Əks-hücum artıq bir neçə gündür ki, davam edir, sərhədin 1500 kilometrliyində gərgin müharibə gedir, lakin hərəkətlər artıq başlayıb”, - o, İtaliyanın Rai telekanalına deyib.

“Biz Rusiya ərazisini vurmaq istəmirik, sizin bizə verdiyiniz silahlardan Moskvanın işğal etdiyi ərazilərdə, o cümlədən Donbass və Krımda Rusiya Federasiyasının mövqelərini məhv etmək üçün istifadə edəcəyik”, - Podolyak izah edib.

Xəbər xətti