“Vaqner” hərbu dəstəsinin rəhbəri Yevgeni Priqojin Donetsk vilayətinin Baxmut şəhərindən muzdlu birləşmələrinin geri çəkildiyini elan edib.
Ucnoqta.az xəbər verir ki, Priqojinin mətbuat xidməti tərəfindən guya "Vaqneritlər"in geri çəkilməsinə başlanılması prosesinin videosunu dərc edib. Özü də kadrlarda hərbi geyimli insanların yanında pozalar verir.
“Arxa bölgəyə gedirik... İyunun 1-nə qədər hamımız toplanacağıq, hərbçilərə təhvil veriləcək”, - deyə Priqojin bildirib.
"Baxmutdan bölmələri çıxarırıq. Mayın 25-i səhər saat 5-dir. İyunun 1-ə kimi əsas hissə düşərgələrə köçürüləcək. Mövqeləri hərbçilərə təhvil veririk. Sursat, mövqelər, hər şey, o cümlədən quru yemək. Amma əgər hərbçilər üçün çətindir, təbii ki, Baxmutun tutulmasında əsas rolu olanları tərk edəcəyik", - deyə Priqojin bildirib.