Mayın 26-da Gürcüstanın Müstəqillik Günündə parlament binasında Aİ-nin böyük bayrağı asılmayacaq.
Ucnoqta.az “Novosti-Georgia”ya istinadən xəbər verir ki, ölkə hökuməti bunu bayramın əsas şüarının dəyişdirilməsi ilə izah edib.
Keçən il Gürcüstanın Müstəqillik Gününün mesajı “Avropaya doğru” idi, buna görə də binanın üzərində Aİ bayrağı asılmışdı.
“2016-cı ildən etibarən hər il bu gün əlavə bir mövzu əldə edir, onun ətrafında kampaniya, şüar, təbrik mətni və şəhərin bəzəyi qurulur. Bu ilki 26 May mesajı “Azadlıq eşqi naminə”dir. Paytaxtın və bütün Gürcüstanın görkəmi milli rəmzlərlə bəzədilib”, - açıqlamada deyilir.
Sosial şəbəkə istifadəçiləri daha əvvəl Gürcüstanın Müstəqillik Günündə Aİ bayrağının olmamasını hökumətin xarici siyasətindəki dəyişikliklə əlaqələndiriblər. Gürcüstan parlamentinin binasında Aİ bayrağının olmaması müxalifəti qəzəbləndirib