Rusiyanın müharibədəki itkiləri 205 mini keçib - Siyahı

10:48 - 25 May 2023 - DÜNYA

Ukrayna Müdafiə Qüvvələri tammiqyaslı müharibə ərzində artıq 205 mindən çox rus hərbçisini məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” sosial şəbəkəsindəki xülasəsində deyilir. Məlumata görə, 24 fevral 2022-ci il tarixindən 25 may 2023-cü il tarixinədək Rusiyanın ümumi döyüş itkiləri aşağıdakı kimi olub:

Canlı qüvvə - təxminən 205 min 260 (+500) ;
tanklar - 3795 (+3) ədəd;
zirehli döyüş maşınları - 7432 (+8);
artilleriya sistemləri - 3359 (+20);
MLRS - 570;
hava hücumundan müdafiə sistemləri - 327;
təyyarə - 309;
helikopterlər - 296;
PUA - 2907 (+36);
qanadlı raketlər - 1015;
gəmilər / qayıqlar - 18;
avtomobil avadanlığı və tankerlər - 6148 (+2);
xüsusi texnika - 444 (+4).

Xəbər xətti