Cənubi Koreya gizli yolla Ukraynaya yüz minlərlə mərmi çatdırıb - KİV

10:39 - 25 May 2023 - DÜNYA

Cənubi Koreya Ukraynaya artilleriya mərmilərinin təhvil verilməsi ilə bağlı Vaşinqtonla məxfi razılaşma əldə edib və yüz minlərlə sursatın böyük partiyasını çatdırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Qeyd edilir ki, tərəflər bu məsələ ilə bağlı bir ildən artıq müzakirələrdən sonra “ortaq məxrəcə” gəliblər. 

Xüsusilə, 2022-ci ildə ABŞ Cənubi Koreyanı Kiyevə sursat verməyə çağırmışdı. Lakin o zaman Seul belə bir təşəbbüsə kifayət qədər “soyuq” reaksiya verdi.

Xəbər xətti