Cənubi Koreya cümə axşamı yerli vaxtla saat 18:24-də Nuri raketinin üçüncü buraxılışını həyata keçirmək niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Respublikasının Elm və İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyinə istinadən məlumat yayıb.
Planlaşdırılan buraxılışdan bir neçə saat əvvəl buraxılışın ləğvinə səbəb olan texniki problemi həll edə biliblər.