Kolumbiyada partlayış nəticəsində iki polis həlak olub

08:02 - 25 May 2023 - DÜNYA

Mayın 24-də Kolumbiyanın Norte de Santander departamentində baş verən partlayışda ikisi polis əməkdaşı olmaqla üç nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin Tvitter hesabında məlumat yayılıb.

Həmçinin partlayış nəticəsində 3 polis əməkdaşı və 4 mülki şəxs də yaralanıb.

Bomba polis patrulu hərbi bazaya qayıdırkən magistral yolda partlayıb. Bu zaman yaxınlıqdan keçən sərnişin avtobusu və qadının idarə etdiyi motosiklet olub.

Xəbər xətti