Paşinyan Moskvaya getdi

21:30 - 24 May 2023 - DÜNYA

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya işgüzar səfərə gedib.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı baş nazir Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək. 

Qeyd edilir ki, Ermənistanın baş naziri, Rusiya prezidenti və Azərbaycan prezidentinin üçtərəfli görüşü də planlaşdırılır.

Xəbər xətti