Böyük Britaniyanın müdafiə naziri Kiyevə gəlib
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Ukrayna müdafiə idarəsinin rəisi Oleksiy Reznikov Ukraynaya səfəri çərçivəsində Uolleslə görüşüb.
Hər iki ölkənin müdafiə nazirləri qələbəyə nail olmaq üçün Ukraynanın silahlandırılmasının prioritetlərini müzakirə ediblər.