Polşa ABŞ-dan "F-16"lar üçün JASSM qanadlı raketləri sifariş edib

12:08 - 24 May 2023 - DÜNYA

Polşa F-16 qırıcıları üçün 1000 km-ə qədər məsafədə hədəfləri vurmağa imkan verən ABŞa JASSM qanadlı raketlərini sifariş edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşak bildirib.

Nazir bildirib ki, F-16 təyyarələri üçün 1000 kilometrə qədər məsafədə hədəfləri vurmağa imkan verən uzun mənzilli JASSM hava-yer raketləri sifariş edilib.

Nazirin sözlərinə görə, həmçinin yaxın vaxtlarda respublika kəşfiyyat aerostatlarının əldə edilməsi imkanları ilə bağlı ABŞ-a müraciət etmək niyyətindədir.

Xəbər xətti